PKK ilə Türkiyə arasında artilleriya döyüşü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

PKK ilə Türkiyə arasında artilleriya döyüşü

PKK ilə Türkiyə arasında artilleriya döyüşü


PKK terror təşkilatı bu gün Türkiyə Silahlı Qüvvələrinin İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndindəki mövqelərini atəşə tutub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu gün yerli vaxtla saat 13.25-də PKK terrorçuları tərəfindən Türkiyə ordusunun Dağlıca zastavası top atəşinə tutulub. Üç dəfə top atəşi açan terrorçuların mövqeləri xüsusi radarlarla müəyyənləşdirilərək həmin nöqtələrə 155 mm-lik “Fırtına” özüyeriyən artilleriya sistemi və 120 mm-lik toplarla cavab zərbələri endirilib.

Terrorçular bir qədər sonra - saat 14.40-da eyni istiqamətdə bu dəfə avtomat və pulemyotlardan atəşə başlayıblar. Türk əsgərləri tərəfindən cavab atəşi açılıb.

Qeyd edək ki, Türkiyədə mövcud hökumət 2009-cu ildə ölkədə terroru dayandırmaq üçün kürd problemini həlli prosesinə start verib. O vaxtdan bəri terrorçular və Türkiyə ordusu arasında qeyri-rəsmi atəşkəs hökm sürür. “Kürd açılımı”, “Sülh və qardaşlıq layihəsi”, “Çözüm sürəci” adlandırılan proses çərçivəsində Türkiyə hökuməti Bursa yaxınlığındakı İmralı adasında cəza çəkən PKK lideri Abdulla Öcalan və terror təşkilatının İraqın şimalındakı rəhbərliyi ilə qeyri-rəsmi, kürd hərəkatının leqal siyasi təşkilatı olan HDP (Xalqların Demokratiya Partiyası – keçmiş BDP) ilə isə rəsmi danışıqlar aparıb. Hazırda həll prosesi davam etsə də, tərəflər arasında anlaşılmazlıq yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğan və hökumət arasında da bu məsələdə müəyyən narazılıq müşahidə edilir və prosesin gələcəyi qeyri-müəyyəndir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *