Öcalandan tarixi çağırış » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Öcalandan tarixi çağırış

Öcalandan tarixi çağırış


Həbsdə olan kürd üsyançılarının lideri Abdullah Öcalan öz tərəfdarlarına müraciətində Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa səsləyib.
ANS PRESS-in məlumatına görə, onun bu müraciət xarakterli bəyanatı Diyarbəkir şəhərində Novruz bayramı münasibətilə toplaşan kürdlərə çatdırılıb. Bəyanatı Ocalanı həbsxanada ziyarət etmiş kürdpərəst HDP (Xalqların Demokratik Partiyası) partiyasının nümayəndəsi Sırrı Süreyya Önder çatdırıb.

Öcalandan tarixi çağırış


Mitinq iştirakçıları PKK liderinin şəkillərini gəzdiriblər. Abdullah Öcalanın çağırışından sonra elan edilmiş atəşkəs rejimi 2013-cü ildən bəri qüvvədə qalır. PKK Kürdüstanın müstəqilliyi uğrunda 30 il ərzində silahlı mübarizə aparıb. Münaqişə 40 mindən artıq adamın ölümünə bais olub.

Ötən ay Abdullah Öcalan öz tərəfdarlarını silahlı mübarizəyə son qoyacaq konfransa qatılmağa səsləmişdi.

Gözlənən açıqlamadan öncə Öcalanın planı barədə məlumat verilməyib. Sırrı Süreyya Önder bəzi məqamalara toxunub. "Bu sülh prosesi üzrə nəzəri və praktiki məqamları əhatə edən ölkəmiz və bölgə üçün bir sülh xəritəsi olacaq”, - siyasətçi AFP agentliyinə bildirib.

Qeyd edək ki, Öcalan Kürdistan İşçilər Partiyasının (PKK) rəhbəridir, amma vətənə xəyanətdə təqsirli bilinəndən sonra 1999-cu ildən bəri ömürlük həbs cəzasını çəkir. 1999-cu ildə Kenyada həbs olunmuş kürd lideri Abdullah Öcalan ömürlük həbs cəzasına məhkum edilib. O, Türkiyənin qərb sahilindəki İmralı adasının xüsusi məhbəsində saxlanılır.

Öcalandan tarixi çağırış

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *