Dörd liderə ölum hökmü verildi
Misirdə Qahirə məhkəməsi qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası çıxarıb.
ANS PRESS-in məlumatına görə, hərəkatın daha 14 üzvü barəsində isə ömürlük həbs cəzası kəsilib.
Onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələri törətməkdə ittiham olunublar.
Həmin vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında yaranan toqquşmada 10-a yaxın şəxs həlak olmuş, 100-dən çox adam yaralanmışdı.
Ömürlük həbs cəzası alanlara arasında “Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləridə var.
Mənbə:> ANSPRESS