Abdullah Gül üçün qəbiristanlıq
Türkiyənin keçmiş prezidenti Abdullah Gül üçün dövlət məzarlığı salınacaq. ANS PRESS-in məlumatına görə, Kayseri şəhər bələdiyyə başçısı Mehmet Özhaseki 11-ci prezidentin vəfat edəndən sonra ata yurdunda dəfn edilmək istədiyini deyib. Bunun üçündə onun üçün şəhər qəbristanlığının girişində dövlət məzarlığı salınacaq.
Bələdiyyə sədri bu məsələnin böyükşəhər bələdiyyə məclisinə çıxarılacağını deyib.
"11-ci prezidentimiz Kayseriyə son səfərində vəsiyyət kimi sözlər dedi. Gül ata yurdunu çox sevdiyini, məzarınında burada olmasını arzuladığını deyib. Onun bu sözlərindən sonra bələdiyyə məclisinin qərarı ilə şəhər qəbristanlığının arxasındakı yaşıllıq ərazidə dövlət məzarlığı salacağıq".
M.Özhaseki prezidentliyi dövründə də A.Gülün Kayseri ilə çox yaxından maraqlandığını qeyd edib. "Hər sıxıntımızda onun qapısını döymüşük".
Mənbə:> ANSPRESS