ABŞ-da ermənilər əleyhinə aksiya – FOTO
Vaşinqtonda yerləşən Türk İnkişaf İnstitutunun (TİP) dəstəyi ilə Nyu-Yorkda ABŞ-ın türk icmasının nümayəndələrinin bayram tədbiri keçirilib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, tədbir erməniyönümlü qüvvələrin aprelin 24-də qeyd ediləcək qondarma “erməni soyqırımı” təbliğat kampaniyasının fonunda keçirilib.
150 nəfərdən ibarət rəqs qrupu məşhur Bruklin körpüsünün və Uoll-Stritdə yerləşən “Boulinq Qrin” parkda çıxış edib.
Artistlərin geyimlərində “Həqiqət=Sülh” yazısı olub. Çıxışlardan sonra ifaçılar terror aktlarında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
TİP-in sədri Dərya Taşkının sözlərinə görə, Nyu-York sakinləri şounu böyük maraqla qarşılayıblar.
Mənbə:> Oxu.Az