Nyu Yorkda ermənilərə etiraz – VİDEO
ABŞ-ın Nyu York şəhərinin “Times” meydanında qondarma “soyqırımı” iddialarının 100-cü ilinə qarşı etiraz aksiyası keçirilib. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, üzərinə “sülh” və “gələcək 100 il üçün” yazılmış köynəklər geyinən 250 nəfər aksiyaçı musiqinin müşayiəti ilə 20 dəqiqə meydanda rəqs ediblər.
Aksiyanın təşkilatçısı olan “Turkic Platform”un əməkdaşı Ayhan Özmekik məqsədlərinin 1915-ci ildə baş vermiş hadisələr barədə həqiqəti göstrmək olduğunu deyib.
“4 il davam edən I dünya müharibəsində 37 milyon insan öldü. Bu rəqəmə türk, erməni və s. millətlər daxildir. Bu aksiyanı keçirərək erməni iddialarının daxili üzünü göstərmək istədik.erməni diasporunun əsassız iddiaları və qaralama kampaniyalarına qarşı biz burda Amerika ictimaiyyətinə sülh mesajı veririk”.
Aksiya çərçivəsində etirazçılar Nyu Yorkun rəmzlərindən hesab olunan “Flatiron” binasının qarşısında da rəqs ediblər.
Qrupun, aprelin 24-də Vaşinqtonda keçirəcəyi “Böyük sülh və həmrəylik yürüşü” çərçivəsində Linkoln memorialı qarşısında da eyni aksiyanı nümayiş etdirəcəyi bildirilir.
Mənbə:> ANSPRESS