Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib » AzNews.info -Xəbər portalı

Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib – FOTO

Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib


Martın 18-də Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib.

AzNews.info xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayon ictimaiyyətini bayram münasibətilə təbrik edərək, “Cəngi” musiqisinin sədaları altında bayram tonqalını yandırdı. Milli geyimli oğlanlar və qızlar tonqal ətrafında “Yallı” getdilər. Rayonun bədii özfəaliyyət kollektivlərinin ,aşıqlar və milli rəqs qruplarının çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunları, pəhləvanların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda Azərbaycan Respublikasının Xalq artisti Bilal Əliyev öz gözəl ifası ilə bayrama gələnlərə xoş anlar yaşadıb.

Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib
Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib
Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib
Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib
Salyan şəhər Heydər Əliyev parkında Novruzun gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *