Bakıda atəşfəşanlıq olacaq
Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti xalqımızı təbrik edir və bayram şənliyinə dəvət edir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personaclarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq. İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyəti Sizi konsertə və atəşfəşanlığa dəvət edir.
Bayramınız mübarək olsun !
Mənbə:> SİA.az