Bakı sakinləri "Baharın rəngləri"-ni görə biləcək – FOTO
Mart ayının 13-ü, “Art Villa” qalereyasında “Baharın rəngləri” adlı sərgi keçiriləcək.
AzNews.info xəbər verir ki, sərgi Gənclər Şəbəkəsinin təşəbbüsü və Goranboy rayon Gənclər və İdman İdarəsi dəstəyi ilə təşkil olunub.
“Baharın rəngləri” adlı sərgi Goranboy Şəhər Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyine həsr olunub.Sərgidə İncəsənət məktəbinin şagirdlərinin müxtəlif üslubda və müxtəlif texnikada işlənmiş əsərləri təqdim olunacaqdır. Hər bir sənət nümunəsi bayram əhval ruhiyyəli və milli adət ənənələrimiz mövzusu ətrafında işlənilib.
Rəsmi açılış 13 mart saat 19:00-da olacaq. Giriş sərbəstdir.
Mənbə:> AzNews.info