“Hər uşaq bir rəssam” » AzNews.info -Xəbər portalı

“Hər uşaq bir rəssam” – FOTO

“Hər uşaq bir rəssam”


29 dekabr 2014-cü il tarixində saat 19:00-da “Art Villa” qalereyasında “Hər uşaq bir rəssam” xeyriyyə layihəsi çərçivəsində “Fidanların arzusu” adlı “Ümid Yeri” Cəmiyyəti uşaqları üçün yaradıcılıq sərgisi keçiriləcək.

Sərgi “Arts Council Azerbaijan”, “Gənclər Şəbəkəsi” və “La Vita” restoranının dəstəyi ilə təşkil olunub. Layihənin təşkilatçılarından biri olan Fəridə Qarayeva sərgi haqqında fikirlərini AzNews.info-ya müsahibəsində belə ifadə edib: "Hər uşaq bir rəssamdır. Hər birinin özünəməxsus rəngli dünyası var. Onlar bizim döyünən ürəyimizdir və hər gizli döyüntüdə bir istedad gizlənir. Onların rəngli və gizli dünyasında nələrin gizləndiyini üzə çıxartmaq bizim - gənc rəssamların borcudur. Hər bir valideynin öz uşağına göstərdiyi qayğı və diqqətə kimsəsiz, valideyn himayəsindən kənarda qalan fidanların da ehtiyyacı var.

Biz Gənclər Şəbəkəsi, bu öhdəliyi boynumuza götürüb öz layihəmizi onlara həsr edirik. Onlara az da olsa qayğı göstərmək, rəssamlığın sirrlərini onlarla paylaşmaq istəyirik. Layihəmizin əsas məqsədi yuxarıda qeyd olunduğu kimi kimsəsiz uşaqlara, valideyn himayəsindən məhrum olmuş, internat evlərində yaşayan uşaqları bir yerə toplamaq, onlarla səmərəli vaxt keçirmək, onlara bayram abu-havası yaşatmaq, incəsənətin bir sıra bölmələri ilə onları tanış etmək, onlarda olan potensialı üzə çıxartmaqdır.

Müxtəlif uşaq evlərində rəsm dərnəyi təşkil etmək, bacarığı olan uşaqların bir rəssam kimi yetişməsində əlimizdən gələn köməyi etməkdir. Layihəmizə ilk olaraq “Ümid Yeri” Cəmiyyəti ilə 23.12.14 tarixində Gənclər şəbəkəsinin mütəmadi toplandığı “Art Villa” qalereyasında başladıq.Gənclər şəbəkəsinin üzvləri balaca fidanlarımızla bir araya gələrək yeni əsərlər yaratdılar .Uşaqlara yeni il bayramını qeyd etmeklə yeni ilin simvolları olan şaxta baba və qar qızın iştirakı ilə yolka şənliyi keçirildi .Layihədə 6-15 yaş arası 25 uşağın iştirak edir ."

“Hər uşaq bir rəssam”

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *