“Biz və onlar” » AzNews.info -Xəbər portalı

Bölmə: Təhsil, Gənclik, Foto

“Biz və onlar” – FOTO

“Biz və onlar”


19 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə Kimya-biologiya fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Gəncə şəhər Dram Teatrında “Biz və onlar” adlı xeyriyyə konserti olmuşdur.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Qulu Abdullazadənin AzNews.info-ya verdiyi məlumata əsasən bu layihə üçün aksiya 26 noyabr tarixindən start verilib. Layihənin yekunu üçün keçirilən konsertdən əvvəl Kimya-biologiya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək son vaxtlar Universitetimizdə hər sahədə yaranan canlanmadan, uğurlu işlərdən, Gənclər Təşkilatının fəallığından bəhs etdilər. Kimya-biologiya fakültəsi tələbələrinin icrasına start verdikləri “Biz və onlar” layihəsi də bu qəbildən olan tədbirlərdən biri kimi öz bəhrəsini verməkdədir. Layihəyə əsasən konsert xeyriyyəçilik məqsədi daşıyır.
Konsertin repertuarının maraqlı və zəngin olmasında Kimya-biologiya fakültəsi tələbələri ilə yanaşı Filolgiya, İqtisadiyyat və idarəetmə fakültə tələbələri də öz töhfələrini əsirgəməmişlər. Bu baxımdan xeyriyyəçilik konserti tamaşaçıların rəğbətini qazandı.
Tələbə Gənclər Təşkilatı xeyriyyəçilik konsertindən toplanan vəsaitlə uşaq evinə Yeni il sovqatı aparacaq, alınan hədiyyələrlə nisgilli balaları sevindirəcək, onların yaddan çıxmadıqlarını, tək olmadıqlarını bir daha nümayiş etdirəcəklər.

“Biz və onlar”

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *