Musa Qasımlıya vəzifə verildi

Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
ANS PRESS-in AMEA-nın saytına istinadən məlumatına görə, bu gün keçirilən AMEA-nın Rəyasət heyətinin iclasında bir sıra kadr təyinatları aparılıb.
Belə ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.
Mənbə: ANSPRESS