1 dekabr Beynəlxalq QİÇS-lə mübarizə günü Gəncədə qeyd olundu – VİDEO+FOTO
1 dekabr 2014-cü il tarixində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi "Sağlam Gələcək,Sağlam Gənclik ilə Gələcək !" layihəsinin yekun mərasimi və 1 dekabr Beynəlxalq QİÇS ilə mübarizə gününə həsr olunmuş "Sağlam cəmiyyətin qurulmasında sağlam gənclik modelinin təşkilinə dair "mövzusunda Konfrans keçirildi.
AzNews.info xəbər verir ki, konfransı giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Təlim,Tərbiyyə işləri üzrə prorektoru Asif Cavadov qonaqları salamlamış, Universitet olaraq hər zaman gəncləri sağlam gələcək naminə birləşməyi və onların sağlam həyatda yaşaması üçün lazımi şərait yaradıldığını vurğulamışdır. Daha sonra qonaqların - ekspertlərin çıxışlarına başlanıldı. Ekspertlər Hacı Nəbiyev - həkim terapevt, Vəfa Məmmədova - Gəncə Dövlət Universitetinin Anatomiya kafedrasının müdiri, Məleykə Əlizadə - Gəncə Regional Qadın Mərkəzinin rəhbəri, Mehriban Əhmədova - SOS uşaq kəndi Gəncə bölməsinin koordinatoru, Gəncə Şəhər İcra hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxışlar edərək müxtəlif sahələrdə gəncləri maarifləndirmiş və onlara ağlam həyat tərzi seçməyi tövsiyyə etmişlər.Tələbələrin sualları ekspertlər tərəfindən cavablandırılmışdır. Sonda "Sağlam Gələcək,Sağlam Gənclik ilə Gələcək !" layihəsinin rəhbəri Qulu Abdullazadə çıxış edərək 1 aylıq ümumi hesabat təqdim etmiş və Tələbə Gənclər Təşkilatının hazırladığı video-çarx təqdim olunmuşdur.Sonda Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının uğurlu fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda xanım Qurbanəliyevanın gənclərə hədiyyələri İH-nin rəsmisi Kənan Məmmədov tərəfindən təqdim olundu. Konfrans uğurla yekunlaşdı.
Mənbə:> AzNews.info