Ərdoğan: Ümid edirəm ki, Davudoğlu pullarla qayıdacaq
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa İttifaqını Türkiyəyə qaçqınların qəbulu üçün ayrılmış 3 milyard dolların verilməsini gecikdirdiyinə görə tənqid edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Ərdoğan ölkənin Baş naziri Əhməd Davudoğlunun Aİ-Türkiyə miqrasiya sammitindən bu pullar ilə qayıdacağına ümid etdiyini bildirib.
“Biz qaçqınların qəbuluna 10 milyard dollar xərcləmişik. Aİ 3 milyard avro məbləğində dəstək söz verib, lakin bu pulları hələ verməyib. Artıq dörd ay keçib, onlar isə hələ də söz verirlər. Hal-hazırda Davudoğlu Brüsseldədir. Ümid edirəm ki, Baş nazir sammitdən bizə ayrılmış vəsait ilə qayıdacaq”, - Ərdoğan Ankarada konferensiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə höküməti Yunanıstana keçmək istəyən 100 minə yaxın qaçqını xilas edib.
Mənbə:> Oxu.Az