Ərdoğan təcili toplantı keçirir - Davudoğlu Brüssel səfərini təxirə saldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş partlayışla bağlı toplantı keçirir.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Əhməd Davudoğlu Belçikanın paytaxtı Brüsselə səfərini təxirə salaraq toplantıya qatılıb.
Qeyd edək ki, Ankarada hərbi maşınların partlaması nəticəsində 18 nəfər ölüb, 45 nəfər yaralanıb.
Mənbə:> Qafqazinfo.az