Ərdoğan təcili iclas keçirir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada terrorla mübarizə və regionda vəziyyətlə bağlı təcili iclas keçirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Hurriyet qəzeti prezident administrasiyasındakı mənbələrə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 18:30-da başlayan iclasda ölkənin baş naziri Əhməd Davudoğlu, Baş Qərargahın rəisi Hulusi Akar, Daxili İşlər naziri Efkan Ala və Milli Kəşfiyyat təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.
Görüş əvvəlcədən prezidentin gündəlik cədvəlinə daxil edilməyib. Türkiyənin baş naziri Əhməd Davudoğlu iclasla əlaqədar Hollandiyaya səfərini təxirə saldı.
Mənbə:> Oxu.Az