Ərdoğan səfərini təxirə saldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş terror hadisəsi ilə əlaqədar Türkmənistana planlaşdırılmış səfərini təxirə salıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Vətən” qəzeti prezident administrasiyasındakı mənbəyə istinadən xəbər verir.
Xatırladaq ki, oktyabrın 12-də Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılmışdı.
Mənbə:> Oxu.Az