Ankara suriyalı türkmənləri müdafiə edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Ankara suriyalı türkmənləri müdafiə edəcək

Ankara suriyalı türkmənləri müdafiə edəcək


Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaranın Suriyada türkmənlərin müdafiəsi üçün tədbirlər görəcəyini istisna etməyib, bununla yanaşı, tədbirlərin nədən ibarət olacağını dəqiqləşdirməyib, RİA Novosti məlumat yayıb.

Oxu.Az Türkiyə XİN-ə istinadən xəbər verir ki, cümə günü Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və Suriyanın şimalında Bayırbucaq rayonunda türkmənlərin yaşadığı ərazinin Rusiya Federasiyası HKQ-nın (Hava kosmik qüvvələri) zərbələr endirməsinə dair etiraz bildirilib.

“Əgər qaçqınların Türkiyəyə intensiv axınına səbəb olacaq hücumlar davam edərsə, həm Suriyada, həm də Türkiyədə lazımi tədbirlər görüləcək. Biz həmçinin bacı və qardaşlarımızın orada da müdafiəsi, eləcə də istənilən təhlükə qarşısında öz maraqlarımızın qorunması üçün addımlar atacağıq”, Davudoğlu Bayırbucaqdakı vəziyyəti şərh edərkən jurnalistlərə bildirib.

Davudoğlunun sözlərinə görə, bu regionda İŞİD yaraqlıları yoxdur. O əlavə edib ki, bu vəziyyətlə əlaqədar Türkiyənin baş qərargahının rəisi Hülusi Akar və milli kəşfiyyat idarəsinin Hakan Fidan ilə daima əlaqədədir.

Bu ərəfədə Anadolu agentliyi Türkiyə hakimiyyətində olan mənbəsinə istinadən məlumat yayıb ki, Türkiyə BMT-nin Təhlükəsizlik Şurasını bu vəziyyətin təcili olaraq nəzərdən keçirilməsinə çağırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *