Davudoğlu: Türkiyə heç bir güzəştə getməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Davudoğlu: Türkiyə heç bir güzəştə getməyəcək

Davudoğlu: Türkiyə heç bir güzəştə getməyəcək


Ankaranın Suriyada vəziyyət ilə əlaqədar Moskva ilə maraq münaqişəsi yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyənin baş naziri Əhməd Davudoğluya istinadən xəbər verir.

“Bizim Suriyada vəziyyət ilə əlaqədar Moskva ilə maraq münaqişəmiz yoxdur, amma Rusiya yaranmış vəziyyət ilə bizim narahatlığımızı nəzərə almalıdır. Biz Rusiya ilə dost və qonşuyuq, amma Türkiyə öz sərhədlərinin təhlükəsizliyi məsələlərində heç bir güzəştə getməyəcək”, - Əhməd Davudoğlu Rusiya hərbi təyyarələrinin törətdiyi son avia-hadisələri şərh edərkən bildirib.

O, vurğulayıb ki, Suriya böhranı Rusiya-Türkiyə böhranına dönməməlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *