Türkiyə və ABŞ Suriyada “təhlükəsizlik zonası” yaradır
Türkiyə və ABŞ hərbi qüvvələri Suriya ərazisində “təhlükəsizlik zonası”nı müdafiə edəcəklər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbərinin müavini Feridun Sinirlioğlu bildirib.
“Bizim ABŞ ilə “təhlükəsizlik zonası”nın yaradılmasında ümumi maraqlarımız var, və biz bu zonanın Suriya ilə sərhəddə yaradılması barədə razılığa gəlmişik. Bu zonada ərəb və türk millətləri saxlanılacaqlar”.
XİN rəhbərinin müavini qeyd edib ki, İŞİD yaxud PKK terrorçuları təhlükəsizlik zonasına soxulduqda ABŞ və Türkiyə hərbi qüvvələri dərhal onlara zərbələr endirəcək.
Mənbə:> Oxu.Az