Türk qırıcıları Suriya təyyarəsini vurdu
ANS PRESS-in məlumatına görə, Suriyadan Türkiyə ərazisinə keçən təyyarəni Adanadan təcili şəkildə hava qaldırılan F16 qırıcıları iki raket atəşi açıb.
Açılan atəşdən sonra böyük partlayış olub. Təyyarənin Türkiyə ərazisinə düşdüyü iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə, vurulan təyyarə ən az 3 hissəyə bölünüb. Onların sözlərinə görə, təyyarə iki dəfə Türkiyə sərhədlərini pozduqdan sonra Türkiyə qırıcıları atəş açdı.
Türkiyə Silahlı Qüvvələrinin rəsmiləri təyyarənin vurulmasını təsdiqləyiblər. Bildirilir ki, hazırda bölgədə araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS