Ərdoğan Suriyada yeni şəhər salmaq istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında ölkədən çıxmaq istəyən mühacirlər üçün yeni şəhər salmağı təklif edib.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu təklifini Avropa Birliyi rəsmiləri və Barak Obama ilə görüşlərində də səsləndirib: “Biz mühacirlər üçün qapımızı bağlamamışıq. Bizə deyirlər ki, “Türkiyə sərhədləri Qərbə açır, mühacirləri ora yönləndirir”. Bu fikirlərdən əl çəkib əl-ələ vermək, iş görmək lazımdır. Suriyanın şimalında 4 min 500 kvadratmetrlik şəhər salaq. Suriyadan çıxmaq istəyənləri orada məskunlaşdıra bilərik. Bu təklifi qarşılıqlı müzakirə edəndə hər kəs “haqlısan” deyir, amma iş görmək lazım olanda heç kimdən səs çıxmır”.
R.T.Ərdoğan çıxışında vurğulayıb ki, Türkiyə humanitar yardım edən ölkələr arasında dünyada 3-cü yerdədir: “Təkcə son 5 ildə Suriyadan gələnlər üçün 10 milyard dollar xərcləmişik. Qərb bizə il ərzində 3 milyard dollar verəcəyini deyib. Buna 4 ay əvvəl söz veriblər, amma hələ heç nə yoxdur”.
Mənbə:> Virtualaz.org