Ərdoğan İraqdakı səhvi Suriyada təkrarlamaq istəmir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara 2003-cü ildə beynəlxalq koalisiya qüvvələrinin İraqa müdaxiləsi zamanı olan vəziyyətin Suriyada təkrarlanmasına yol verməməlidir, Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
“Biz İraqdakı səhvi Suriyada təkrarlamaq istəmirik”, - deyə, Ərdoğan bildirib.
Türkiyə prezidenti xatırladıb ki, 2003-cü ildə Ankara Amerika qoşunlarını Türkiyə ərazisində yerləşdirməkdən imtina edib və İraq lideri Səddam Hüseyni devirən beynəlxalq koalisiya qüvvələrinin tərkibinə daxil olmayıb.
“Üfüqü görmək vacibdir. Suriyada baş verənlər çox davam edə bilməz. Müəyyən məqamda vəziyyət dəyişməlidir”, - deyə, Türkiyə prezidenti bildirib.
O həmçinin qeyd edib ki, Ankara Suriyada vəziyyətin istənilən inkişafına hazırdır.
Mənbə:> Oxu.Az