Ərdoğan: Yeni kürd əyaləti Türkiyə üçün təhlükə daşıyır
Kürdlərin Suriyanın şimalında yeni əyalət yaratmaları barədə bəyanatı Türkiyə üçün təhlükə yaradacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Kürdlərin “Demokratik ittifaq” partiyasının özünüidarə əsaslarında yeni vilayətin yaradılması elan edilən Tell-Abyad (Suriya) şəhərindəki vəziyyət Türkiyə üçün təhlükə yaradır”, - Ərdoğan deyib.
Onun sözlərinə görə, hamı dərk etməlidir ki, Ankara (bu bəyanata) reaksiya verəcək, çünki bu vacibdir.
Keçən həftə Suriya kürdlərinin Suriyanın şimalında Türkiyə ilə sərhəd yaxınlığında yeni əyalət yaratması haqqında məlumat yayılmışdı. Əldə olan məlumata əsasən, inzibati-ərazi birliyinin tərkibinə, kürd özünümüdafiə dəstələrinin nəzarəti altında olan Tell-Abyad şəhəri daxildir.
Mənbə:> Oxu.Az