Ərdoğan: Türkiyə terrorçularla mübarizəni davam etdirəcək
Türkiyə ölkə ərazisində terrorçu qruplaşmaların tam neytrallaşdırılması üçün fəal tədbirlər həyata keçirəcək.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Biz bilirik ki, terrorçular (Kürd Fəhlə Partiyası - PKK) həm ölkə daxilində, həm də kənarda çoxsaylı itkilər veriblər. Biz ölkəmizin təhlükəsizliyinə həmçinin təhdid olan “İslam dövləti”nə qarşı da əməliyyatlar həyata keçirmişik. Bu qruplaşmalar arasında heç bir fərq yoxdur – terrorçular terrorçulardır.
Biz Türkiyə ərazisində təhlükə yox olana və bir dənə də olsun terrorçu qalmayana qədər mübarizəni davam etdirəcəyik”, - Ərdoğan ölkənin Baş Qərargahın keçmiş rəisi general Necdət Özələ dövlət mükafatının təqdim olunması zamanı deyib.
Mənbə:> Oxu.Az