Ərdoğan terrorçu ittihamı ilə mühakimə olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan terrorçu ittihamı ilə mühakimə olunacaq

Ərdoğan terrorçu ittihamı ilə mühakimə olunacaq


Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin xuntaçı rejimi tərəfindən terrorçu ittihamı ilə mühakimə olunacaq.

ANS PRESS-in məlumatına görə, misirli vəkil Tariq Mahmud Türkiyə və Ərdoğan barəsində bir neçə maddə ilə məhkəməyə müraciət edib.

Misirin seçilən prezidenti Muhamməd Mursinin hərbi dövlət çevrilişi ilə devrilməsindən sonra qaldırılan məhkəmə iddiasında Türkiyənin və Ərdoğanın “Müsəlman qardaşları”na dəstək verdiyi, ölkədəki dövlət çevrilişini tənqid etdiyi, meydanlarda zorakılıq törədənləri silahla təmin etdiyi irəli sürülüb.

İddia barədə ilk məhkəmə prosesinin bu il martın 24-də İskəndəriyyə şəhərindəki Təcili İşlər məhkəməsində olacağı bildirilir.

Qeyd edək ki, Tariq Mahmud daha əvvəl “Müsəlman qardaşlar” və “Həmas” təşkilatının terrorçu qrup kimi qəbul olunması üçün məhkəmə iddiası qaldıran şəxsdir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *