Ərdoğan kimdən küsdü?
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından qayıdarkən sabiq MİT (Türkiyə Kəşfiyyat İdarəsi) sədri Hakan Fidan barədə jurnalistlərə açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan bu cür dövlət əhəmiyyətli qurumun sədrinin siyasətə girmək üçün vəzifəsindən istefa verməsinin doğru olmadığını deyib.
“MİT adi bir qurum deyil, dövlətin ən önəmli qurumlarından biridir. Dövlətin kəşfiyyat idarəsi zəif olsa o dövlətin ayaq üstə qalması mümkün deyil. Biz onu belə bir vəzifəyə təyin etdik. Təyin edən də mənəm. Madam ki, elə oldu, ayrılmaq istəyəndə əgər izn verilmirsə orda qalması və ayrılmaması lazım idi. Təbii ki, incimişəm”.
Xatırladaq ki, Hakan Fidan iyulun 7-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün bir müddət əvvəl MİT sədrliyindən istefa verib. Ankara kulvarlarında Hakan Fidanın millət vəkili seçilərək daha sonra xarici işlər naziri təyin olunacağı barədə söz-söhbətlər dolaşırdı. Həmçinin prezident Ərdoğanın bu istefaya razılıq vermədiyi də qeyd edilmişdi.
Mənbə:> ANSPRESS