Ərdoğan yeni Konstitusiya istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyasının hazırlanmasının yeni seçilmiş parlamentin əsas vəzifələrindən biri adlandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ərdoğan Ankarada yerli özünü idarəetmə orqanlarının başçıları ilə görüş zamanı deyib.
“Türkiyəyə yeni Konstitusiya ilə bağlı məsələni həll etmək lazımdır. Xalq bunu gözləyir. Noyabrın 1-də ölkədə keçirilən parlament seçkiləri yeni Konstitusiyanın qəbul edilməsi üçün təkandır. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyaya öz töhfələrini verəcəklər”, - Türkiyə prezidenti deyib.
Mənbə:> Oxu.Az