Ərdoğan Putin ilə barışmaq istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Ərdoğan Putin ilə barışmaq istəyir

Ərdoğan Putin ilə barışmaq istəyir


Türkiyə prezidenti Tayyib Ərdoğan rus xalqını düşmən hesab etmədiyini bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına ümid etdiyini söyləyib.

“Biz rus xalqına düşmən deyilik. Rusiyadan ildə dörd milyon turist qəbul edən ölkə üçün bu mümklün deyil. Bizim ticarət 35 milyard dollara çatıb, biz bu rəqəmi 100 milyarda çatdırmaq istəyirdik. Heyif ki, Rusiya pilotlarına görə, Türkiyə kimi dostunu itirdi.

Ümid edirəm ki, münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar müsbət nəticələr verəcək”, - Ərdoğan bunu Nakarada çərşənbə günü yerli administrasiya rəhbərlərinin qarşısında çıxış edərkən bildirib.

O, Rusiyaya məxsus “Su-24” təyyarəsi ilə əlaqədar hadisənin səbəbinin Türkiyənin hava məkanının pozulması olduğunu, bu pozuntuların Türkiyənin xəbərdarlığına baxmayaraq davam etdiyini bir daha təkrarlayıb.

“Deyirlər ki, əgər biz təyyarəni vurmasaydıq, iş belə böhrana gəlib çatmazdı (RF ilə böhrana – red.). Bəs niyə demirlər ki, əgər Rusiya hava məkanını pozmasaydı, biz bu vəziyyətə gəlib çatmazdıq?”, - prezident deyib.

Ərdoğan Suriyadakı vəziyyətin Rusiya üçün “uzaq ölkələrdə maraq” kəsb edə bilər, amma Türkiyə üçün bu ölüm-dirim məsələsdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *