Ərdoğan Rusiya ilə münaqişə istəmir
Türkiyə Rusiya ilə münaqişənin tərəfdarı deyil, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb.
“Türkiyəyə gəldikdə isə, biz münaqişə tərəfdarı deyilik. Biz Rusiya ilə münasibətlərimizi əvvəlki axarda davam etdirmək istəyirik. Biz bu münasibətləri son 10-11 ildə uğurla inkişaf etdirmişik və biz onların davamının tərəfdarıyıq”, - o deyib.
Ərdoğan Su-24M təyyarəsinin vurulması hadisəsinin hər iki ölkə üçün qurulmuş tələ olduğuna dair bəyanat verənlərin müşahidələrinin nəyə əsaslandığını anlamağın çətin olduğunu da qeyd edib.
“Bu, naməlum təyyarə tərəfindən hava məkanının pozulması və xəbərdarlıqlara cavab verilməməsi səbəbindən baş verən hadisə düşünməyə və məyus olmağa məcbur edir. Pilot xəbərdarlıqlara qulaq asmırdı.
Bu vəziyyətdə bizim pilotlar öz borclarını yerinə yetiriblər. Hadisə xəbərdarlıqları eşitməyən və onlara reaksiya verməyən pilot ucbatından baş verib”, - Ərdoğan qeyd edib.
Prezident hadisəyə görə iki ölkə arasında mövcud strateji münasibətləri qurban verməməyə çağırıb.
“Mən yaxın zamanda hər şeyin düzəlməsini istərdim”, - o deyib.
Mənbə:> Oxu.Az