Ərdoğan: “Türk axını” layihəsini Rusiya deyil, biz dayandırmışıq
“Türk axını” layihəsinin Rusiya tərəfindən yox, bizim tərəfimizdən dayandırılıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türkiyə İnnovasiya həftəsi”nin bağlanış mərasimindəki çıxışında bildirib.
“Tələblərimizə cavab vermədiyi üçün “Türk axını” təbii qaz layihəsini biz dayandırmışıq”, - Ərdoğan deyib.
Türkiyə prezidenti qeyd edib ki, rəsmi Ankara “Türk axını” layihəsini Rusiya ilə münasibətlərin gərginləşməsindən əvvəl dondurub.
Mənbə:> Oxu.Az