“Türk axını” dayandırıldı
Rusiyanın Energetika naziri Aleksandr Novak “Türk Axını” layihəsinin dayandırılmasını təsdiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın İnterfax agentliyi məlumat yayıb.
Nazir həmçinin bildirib ki, Türkiyədə Atom Elektrik Stansiyasının tikintisi üzrə sual isə hələ də açıqdır.
Öz növbəsində “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib ki, “Türk axını” layihəsi onlar üçün maraq kəsb edirdisə, bu halda onlar bizə hər-hansı təkliflə müraciət etməli idilər. Hazırda isə Türkiyə bizə hər-hansı təkliflə müraciət etməyib.
Mənbə:> Oxu.Az