Aleksandr Novak: “Türk axını” ilə əlaqədar danışıqlar uzadıldı
“Türk axını” qaz kəməri layihəsi üzrə danışıqlar Türkiyədə parlament seçkilərindən sonra davam edəcək.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
“Rusiya Federasiyasının Energetika Nazirliyi yeni hökumətin heyətinin formalaşmasına qədər Türkiyə tərəfindən “Türk axını” qaz kəmərinin tikinti layihəsi üzrə hökumətlərarası razılaşmanın imzalanmasını gözləmir” - deyə, nazir jurnalistlərə bildirib.
Nazir Rusiyanın layihə ilə əlaqədar danışıqlara sabah belə başlaya biləcəcəyini qeyd edib:
“Biz sabah belə danışıqları davam etməyə və hökumətlərarası sazişə düzəlişlərin edilməsinə hazırıq, amma mənim fikrimcə çətin ki, onlar seçkilərə və yeni hökumətin heyətinin təyininə qədər bunu edə biləcəklər"- deyə, Novak deyib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli