Taner Yıldız: Türk axını layihəsi ilə bağlı proses sürətlənəcək
Türk axını layihəsi ilə bağlı gözlənilər koordinatlar Rusiyadan gəlib və bununla da layihə ilə bağlı proses sürətlənəcək.
Oxu.Az Sputniknews-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğan ilə Rusiyanın prezidenti Vladimir Putinin Bakı görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, prezidentlərin Bakı görüşü məhsuldar keçib:
"Görüşdə Türk axını layihəsi ilə bağlı son proseslər müzakirə olunub"-deyə, o əlavə edib.
O bildirib ki, Putin R. Ərdoğanla danışdıqlarını Qazpromun sədri ilə qiymətləndirəcək.
Nazir bidirib ki, bu həftə içində Türk axını layihəsi ilə bağlı yeni inkişaf tendensiyası özünü göstərə bilər.
Mənbə:> Oxu.Az