Türkiyə Rusiyanın qaz kəmərinə “hə” dedi
Türkiyə “Türk axını” qaz kəmərinin quru bölgəsinin tikintisinə Rusiyadan koordinat aldıqdan sonra dərhal başlamağa hazırdır.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib
.
“"Cənub axını"nın ləğvindən sonra qaz kəmərinin 190 kilometrlik Bolqarıstandan keçən hissəsi Türkiyədən salınacaq. Bu hissənin korrdinatlarını almaq bizim üçün vacib idi. Türkiyə bu barədə lazımi informasiyanın verilməsi üçün Rusiyaya müraciət edib. Rusiya tərəfindən cavab gəlsə də, bu bəzi nöqtələr üçün natamam sayılırdı. Buna görə də qərara alındı ki, Rusiya tərəfindən daha detallı incləmədən sonra təkrar göndərilsin”- deyə Ria Novosti nazirin sözlərindən sitat gətirir.
Yıldızın sözlərinə görə, “bu məsələ həll edildikdən sonra layihənin reallaşması prosesi sürətlənəcək”.
Bundan əvvəl xəbər verilmişdi ki, “Türkiyə axını” tranzitə görə ölkəyə yüzlərlə milyon gəlir gətirəcək.
Mənbə:> ANSPRESS