Sevda Məmmədəliyeva səfir Marek Tsalkanı qəbul etdi
03 mart 2016-cı il tarixində mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Marek Tsalkanı qəbul etdi.
AzNews.info xəbər verir ki, Azərbaycan və Polşa arasında mədəniyyət turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər görüş zamanı müzakirə edildi. Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycan ilə Polşa arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə Azərbaycan mədəniyyəti və memarlığında Polşa mədəniyyət xadimlərinin rolu mövzusunda fikir mübadiləsi aparıldı.
Nazir müavini Polşa səfirliyinin nümayəndələrinə 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumu barədə məlumat verdi və tədbirə dəvət olunan Polşa rəsmilərinin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini vurğuladı.
Səfir Marek Tsalka tərəfindən səmimi qəbula görə nazir müavininə təşəkkür bildirildi, həmçinin Polşa–Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edildi.
Mənbə:> AzNews.info