Prezident nazirə yeni, mühüm vəzifə verdi – SƏRƏNCAM
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, sərəncama görə, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Təşkilat Komitəsinin üzvləri
Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi
Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini
Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi
Mənbə:> AzərTAc