İŞİD-lə sünnilər döyüşəcək
ABŞ İŞİD terror təşkilatı ilə mübarizədə nəinki İraq nizami ordusunu və kürd əsgərlərini, elcə də də sünni tayfalarını silahlandırmağı qərara alıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun rəsmi saytında qeyd edilir.
Onlar üçün AK-47 avtomatları alınacaq, bombaatan və minaatanlar ayrılacaq. Bunun üçün ehtiyatların təmin edilməsi 2015-ci maliyyə ilinə nəzərdə tutulub. ABŞ müdafiə nazirliyi sünni tayfalara 24 milyon dollar dəyərində silah çatdırmaq niyyətindədir. Bu iraqlılara İŞİD-lə mübarizə üçün ayrılan köməyin az bir hissəsidir.
Barak Obama administtrasiyası bu proqrama 2,618 milyard dollar ayırmağı nəzərdə tutub ki, bundan 2,240 milyard dolları İraq təhlükəsizlik qüvvələri və ordusuna, 354 milyon dolları isə peşmərgəyə ayrılacaq.
Konqresə göndərilən sənəddə qeyd edilir ki, sünni tayfalarla qarşılıqlı fəaliyyət “uzunmüddətli perspektivdə İŞİD-in məhv edilməsi üçün kritik vacib məna daşıyır”.
Eləcə də, sənəddə qeyd edilir ki, tayfaların silahlı birləşmələri “İraq milli qvardiyasının yaranmasına əsas kimi rol oynaya bilər”.
Sənəddə həmçinin ABŞ silahının onlara yalnız İraq höküməti tərəfindən çatdırılacağı qeyd olunur.
Mənbə:> ANSPRESS