Səudiyyə Türkiyəyə ordu göndərib?
Səudiyyə Ərəbistanının 150 minlik ordusunun Türkiyədən Suriyaya daxil olacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının açıqlamasında deyilib.
Açıqlamada Türkiyənin hərbi bazalarının İŞİD-ə qarşı mübarizədə daim koalisiya qüvvələri üçün açıq olduğu qeyd olunub.
Həmçinin bu sahədə istənilən hərbi əməkdaşlığa da Türkiyənin hazır olduğu deyilib. Lakin Səudiyyə Ərəbistanının 150 minlik ordusunun Türkiyədən Suriyaya daxil olacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti Səudiyyənin Türkiyə vasitəsilə Suriyaya 150 minlik ordu göndərdiyi barədə məlumat yaymışdı.
Mənbə:> Axar.az