Rusiyadan 34 ölkənin birləşməsinə: "Gözləyirik..."
Biz Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan koalisiya barədə məlumatlar alacağıq.
Axar.az xəbər verir ki, bu bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
"Biz gözləyirik ki, bu prosesin təşəbbüskarlarından ətraflı informasiya alaq. Rusiya terrorizmlə mübarizədə hər kəsin töhfəsini dəstəkləyir, amma kollektiv formatda mübarizəyə üstünlük verir", - Lavrov vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb: Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən.
Mənbə:> Axar.az