ABŞ hərbçilərini Türkiyə ilə sərhədə göndərdi
ABŞ Suriyaya 50 hərbçisini göndərib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər hazırda Suriyanın Türkiyə ilə sərhədində yerləşən Eyn Əl Ərəb şəhərindədirlər. Onlar İŞİD-lə mübarizədə kürdləri dəstəkləyəcəklər.
Qeyd edək ki, oktyabrın sonu ABŞ prezidenti Barak Obama amerikalı hərbi qulluqçuların kürd qüvvələrini İŞİD qruplaşmasına qarşı mübarizədə dəstəkləməsi üçün Suriyaya göndərilməsinə razılıq vermişdi.
Mənbə:> Qafqazinfo.az