100 minlik ordu hazırlanır
Ukraynada tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko ümumi səfərbərlik elan edib.
ANS TV-nin məlumatına görə, Zaxarçenko 10 gündən sonra başlayacaq səfərbərliyə 100 minə yaxın adamın cəlb olunacağını açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri Donetsk ərazisində cəbhə xəttində qüvvələrini möhkəmləndirir və rusiyayönümlü qüvvələrin nəzarəti altında olan şəhərlərin atəşə tutulmasını intensivləşdirir.
Ümumi səfərbərlik də buna cavab olaraq planlaşdırılıb.
Mənbə:> ANSPRESS