Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək » AzNews.info -Xəbər portalı

Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək

Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək


Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək.

AzNews.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası birgə komissiyasının 10-cu iclasında bildirilib.

Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan daxili bazar qiymətinə ölkəsinə silah verdiyi üçün Rusiyaya təşəkkür edib.

İclasda iştirak edən hərbi-texniki əməkdaşlıq üzrə Rusiya federal Agentliyi sədrinin müavini Konstantin Biryulin ölkəsi ilə Ermənistan arasındakı hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, Ermənistanda hərbi helikopterlərə və Hava Hücumundan Müdafiə sisteminə daxil olan avadanlığa qulluq və onların təmiri üçün regional mərkəz yaradılacaq.

Konstantin Biryulin deyib ki, Rusiya tərəfinin Ermənistana üç “İL-76” təyyarəsi və çoxfunksiyalı “Su-30 SM” tipli qırıcılar verməsi məsələsinə də baxılır.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *