Rusiya və Ermənistan hava hücumundan birgə müdafiə olunacaqlar
Rusiya Ermənistan ilə Birləşmiş regional hava əleyhinə müdafiə sisteminin yaradılması üzərində çalışır, Baş qərargahın rəisi, Hava-kosmik qüvvələrin baş komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko bildirib.
“Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib və hazırda onun imzalanmasına dair hazırlıq işləri gedir”, - o deyib, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Qırğızıstan və Tacikistanla analoji sazişləri hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.
“Burada biz cari sazişlərin layihələrinin nazirliklərarası səviyyədə razılaşdırılması mərhələsindəyik”, - P.Kuraçenko qeyd edib.
Mənbə:> Oxu.Az