Gürcüstan Fransadan hava hücumundan müdafiə sistemləri alır
Gürcüstan müdafiə naziri Tina Xidaşeli cümə günü Parisdə aparıcı Avropa raket sistemləri istehsalçısı, fransız şirkəti MBDA ilə müqavilə imzalayıb, AzNews.info “İnterfaks”a istinadən xəbər verir.
Müqavilənin detalları açıqlanmır, amma “Rustavi 2” teleşirkəti ilə söhbətdə Xidaşeli bəyan edib ki, bu müqavilə və bir neçə həftə bundan öncə imzalanmış müqavilə ilə Gürcüstanın təhlükəsizliyi zəmanət altına alınıb.
“Əsas məqsəd əldə edilib və biz Gürcüstanın hava hücumundan müdafiəsinin təminatının təməlini qoymuşuq. Bu sistem NATO standartlarına müvafiqdir və biz bu gün dünyada ən müasir olan sistemi aldıq” - Xidaşeli deyib.
Onun sözlərinə görə, maliyyə baxımından bu, çox yaxşı müqavilədir və fransızlar bizə qarşı qeyri-adi alicənablıq nümayiş etdirirlər.
“Bu, fransız dövlətinin öz sədaqətli tərəfdaşına – Gürcüstana qarşı iki fransız şirkəti tərəfindən həyata keçirilən siyasi iradəsidir”, - Xidaşeli vurğulayıb.
Mənbə:> Interfax.Az