NATO-ya ABŞ-dan ağır zərbə: Müqavilə ləğv edildi
Kolumbiyanın Konstitusiya Məhkəməsi NATO ilə imzalanan əməkdaşlıq və informasiya mübadiləsi haqqında müqavilənin etibarsız olması haqqında qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuatın məlumatına görə, müqavilənin ləğv ediməsi ilə bağlı məhkəməyə Kolumbiya Baş Prokurorluğu müraciət edib. Qeyd edək ki, tərəflər arasında bu müqavilə 2013-cü ilin iyununda imzalanmışdı. Müqaviləyə əsasən, Kolumbiya Alyansın peşəkar standartları və təcrübəsinə giriş əldə etməli idi.
Mənbə:> Axar.az