Rusiya və Ermənistan HHM sistemlərini Türkiyəyə görə birləşdiriblər
Rusiya və Ermənistan Qafqazda Hava Hücumundan Müdafiə sistemlərini Türkiyədən müdafiə olunmaq üçün birləşdiriblər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya HHM qoşunları komandanının sabiq müavini general-leytenant Aleksandr Luzan bildirib.
Bu gün Moskvada Rusiya Müdafiə naziri Serqey Şoqqu və Ermənistan Müdafiə naziri Seyran Oqanyan Qafqazda bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün regional Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqda saziş imzalayıblar.
“Mənim fikrimcə, bu qərar Türkiyədə baş verən hadisələrlə bağlıdır. Bu gün aviasiya döyüş əməliyyatlarında əsas rol oynayır. Türkiyə NATO-nun üzvüdür, və bu ölkənin ərazisində onun öz aviasiya sistemi ilə yanaşı ABŞ aerodromları da istifadə edilir. Bizə hava məkanının daha ciddi müdafiəsi lazım olduğu üçün, səylərimizi birləşdirməyə qərara aldıq”, - Luzan deyib.
General həmçinin qeyd edib ki, Rusiya-Ermənistan birgə Hava Hücumundan Müdafiə sistemini yaratmağa bu ölkələrin coğrafi vəziyyəti çətinləşdirir - ölkələr arasında Gürcüstanın ərazisi var.
“Lakin Hava Hücumundan Müdafiə sisteminin vahid idarə edilməsinin özü artıq bir irəliləyişdir. Bundan əlavə bizim Ermənistanda hərbi bazamız var, və biz onu düşməndən müdafiə etməliyik”, - Luzan əlavə edib.
Mənbə:> Oxu.Az