Rusiya Ermənistan ordusunu silahlandırmağa pul ayırdı
Ermənistan prezidenti Serj Sərkisyan bu gün iqtisadi məsələlər üzrə Ermənistan-Rusiya Hökumətlərarası Komissiyanın Rusiyadan olan üzvlərini qəbul edib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinə komissiyanın Rusiya tərəfdən həmsədri, bu ölkənin nəqliyyat naziri Maksim Sokolov rəhbərlik edib.
S.Sərkisyan görüşdəki çıxışında deyib ki, Ermənistan-Rusiya Hökumətlərarası Komissiya iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafında vacib rol oynayır.
Məlumata görə, komissiyanın bugünkü iclasında Rusiyanın Ermənistana güzəştli şərtlərlə 200 milyon dollar ixracat krediti ayırmasına dair saziş imzalanıb. İclasda bu sazişlə ayrılan kreditin Ermənistan Silahlı Qüvvələrinin cəbbəxanasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcəyi vurğulanıb.
Mənbə:> Virtualaz.org