Qərb ilə Rusiya İrəvanda toqquşur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qərb ilə Rusiya İrəvanda toqquşur

Qərb ilə Rusiya İrəvanda toqquşur


"Ermənistan Rusiya tərəfindən işğal vəziyyətindədir."

ANS PRESS-in məlumatına görə, bu fikri Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan keçirdiyi mətbuat konfransında söyləyib.

O deyib ki, biz həm hava, həm də quru sahədə işğal vəziyyətindəyik: "Ermənistanın belə vəziyyətdən alternativ çıxış yollarını tapması lazımdır. Məsələn, İran-Ermənistan dəmir yolunun tikintisi ölkənin işğal vəziyyətindən çıxmasına imkan verəcək."

Onun sözlərinə görə, burada yalnız iqtisadi amil əhəmiyyətli deyil.

S.Qriqoryan "Rusiya Dəmir Yolları"nın başçısı Yakuninin İran-Ermənistan dəmir yolu xəttinin tikintisi Rusiya ilə razılaşdırılmalıdır bəyanatının hiddət doğurduğunu deyib: "Bu, sizin, Rusiyanın səlahiyyətində deyil. Getsinlər öz işləri ilə məşğul olsunlar. Biz özümüz nə etdiyimizi çox yaxşı bilirik."

Beləliklə, yeni Ermənistan - Rusiya qarşıdurması başlayır. Moskvanın açıq-aydın tənqid atəşinə tutulması yeni gərginlikdən xəbər verir. Rusiyanın icazəsi olmadan İrəvanın İranla dəmir yolu xətti çəkməsi Kremldə birmənalı qarşılanmır. Qərb siyasətinə dəstək verən erməni politoloqları isə ölkənin indiki bərbad vəziyyətinin səbəbkarı kimi Rusiyanı günahlandırırlar. Bir sözlə, Qərblə Rusiya İrəvanda toqquşur. Bu toqquşma isə indiki rejimin iflası üçün ciddi əsas olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *