Gürcü məmur SOCAR-ın işindən narazıdır
Oxu.Az-ın “Georgia Online” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili SOCAR şirkətinin bir sıra hallarda qazla fasiləsiz təmin etmədiyini bildirib.
“Şah-Dəniz yatağından hasil edilən qaz SOCAR-ın nəql etdiyi qazın 30%, 50%-ni təşkil edir, 20% isə Rusiya qazının payına düşür.
Qeyd etmək lazımdır ki, son dövrlər Gürcüstanda qaza tələbat xeyli artıb. Bəzən SOCAR-ın həyata keçirdiyi təbii qaz təchizatında məhdudiyyətlər olur. Bunun üçün də biz bəzi hallarda Rusiya qazının hesabına balansı qorumaq məcburiyyətindəyik”, - Tvalabeişvili bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev keçən ilin noyabrında Gürcüstana səfəri zamanı, ölkəsinin qonşu və Avropa ölkələrini, hətta 100 ildən sonra da təbii qazla təmin etmək üçün yetərli qaz ehtiyatına malik olduğunu bəyan edib.
Mənbə:> Oxu.Az